Güclü külək Zaqatalada fəsadlar törədib - Video

Güclü külək Zaqatalada bir sıra fəsadlar törədib.
"Qafqazinfo”nun məlumatına görə, şəhərin Vasif Qurbanov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsi uçub.Küləyin təsirindən şəhərin müxtəlif ərazilərində irigövdəli ağaclar aşıb.
Bu səbəbdən ərazidən keçən elektrik naqilləri qırılıb, rayon mərkəzinin və ətraf kəndlərin bəzi hissəslərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Hazırda müvafiq qurumların əməkdaşları əraziyə cəlb olunub,fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























