• $
  • €
  • ₽
  • ₺
  • £

"Qırmızı kitab"a düşən quşları satanlar cərimələndi

"Qırmızı kitab"a düşən quşları satanlar cərimələndi
30.01.2014 00:25
Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib. ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, keçirilən reydlər zamanı Saatlı rayonu “Sarısu” ovçuluq təsərrüfatında Saatlı rayonu Bəylik kənd sakini F.Əliyevdən 2 ədəd ov tüfəngi, İmişli rayonu “Şərbət-Qobu” ovçuluq təsərrüfatının ərazisində İmişli şəhər sakinləri A.Həşimov və Y.Viktoreviçdən 1 ədəd ov tufəngi, balıq ovunda istifadə olunan elektrik avadanlıqları, 4 baş qaşqaldaq quşu və qanunsuz tutulmuş 42 ədəd müxtəlif növ balıq götürülüb. Eyni zamanda Şabran rayonu ərazisində “Ağzıbir” ovçuluq təsərrüfatında Siyəzən şəhər sakini R.Qasımovdan 1 ədəd ov tüfəngi, Hacıqabul rayonu ərazisində Hacıqabul şəhər sakini N.Umbayevdən 1 ədəd ov tufəngi və 2 baş ördək, Şamaxı rayon Quşçu kənd sakini Ş.Niftalıyevdən 1 ədəd ov tüfəngi və 4 baş ördək götürülüb.Faktlarla bağlı protokollar tərtib edilərək hər bir qanun pozucusu İnzibati Xətalar Məcəlləsinə əsasən 1500 manat məbləğində cərimə olunub.Eyni zamanda, Bakı-Şamaxı avtomobil yolunun kənarında keçirilən reydlər zamanı adı “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na salınmış 20 ədəd bəzgək quşunun və 6 ədəd çöl ördəyinin Qobustan rayon Bədəlli kənd sakinləri C.Yeylağalıyev, P.Məmmədov, T.Adıgözəlov və E.Canatov, Bakı-Quba magistral avtomobil yolunun kənarında 7 ədəd nərə cinsli balıq növlərinin Siyəzən şəhər sakini F.Hacıyev tərəfindən qanunsuz satışının təşkil edildiyi aşkarlanıb. Bundan başqa şəxsiyyətlərinin müəyyənləşdirilməsi mümkün olmayan ayrı-ayrı şəxslər tərəfindən, ümumilikdə 92 ədəd müxtəlif balıq növlərinin (çəki, kütüm, kefal və s.), Ələt-Astara avtomobil yolunun kənarında Salyan rayon sakinləri tərəfindən 15 ədəd çəki, 12 ədəd xanı balığının, Lənkəran rayonu ərazisində yol kənarında Lənkəran rayon sakini O.Mustafayev tərəfindən 4 ədəd xanı balığının, Masallı rayon sakini Ə.Ağayev tərəfindən 8 baş qaşqaldaq quşunun qanunsuz satışının təşkil edildiyi də aşkarlanıb.Qanun pozucuları barəsində müvafiq aktlar tərtib edilib, qanunsuz ov məhsulları qanunvericiliyə uyğun qaydada götürülərək tədbir görülməsi üçün aidiyyəti rayon Polis Şöbələrinə təqdim edilib. Hazırda araşdırmalar aparılır və qanun pozucularının məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.Keçirilən reydlər zamanı qanunsuz ov edən şəxslərdən ümumilikdə 6 ov tüfəngi, 44 baş ov quşu, 172 ədəd müxtəlif növ balıq götürülüb. 7500 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub və götürülmüş ov quşları yandırılaraq məhv edilib.Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə mütəmadi olaraq reydlər davam etdirilir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol