• $
  • €
  • ₽
  • ₺
  • £

“Instagram”da növbəti yenilik

“Instagram”da növbəti yenilik
06.11.2024 13:56
"Meta”ya məxsus olan "Instagram” sosial şəbəkəsi "Adult classifier” adlı inqilabi süni intellekt alətinin işə salındığını elan edib. Onun əsas vəzifəsi platformanın məhdudiyyətlərindən yan keçmək üçün qeydiyyat zamanı yanlış yaş göstərən yetkinlik yaşına çatmayan istifadəçiləri aşkar etməkdir.


Bu barədə "Bloomberg” xəbər yayıb.


Süni intellekt həqiqi yaşını gizlədən yetkinlik yaşına çatmayan istifadəçinin hesabını aşkar edən kimi, onu avtomatik olaraq daha ciddi məxfilik parametrləri olan kateqoriyaya köçürəcək. Bu o deməkdir ki, qeydiyyat zamanı göstərilən məxfilik parametrləri sistem tərəfindən nəzərə alınmayacaq.


"Adult classifier”in tətbiqi sosial şəbəkələrin yeniyetmələrin psixoloji sağlamlığına təsiri ilə bağlı narahat olan qanunverici orqanların artan təzyiqi ilə bağlıdır. Statistikaya görə, "Instagram” istifadəçilərinin 40%-dən çoxu 16-24 yaş arası gənclərdir.


Yeni alqoritm 16 yaşdan kiçik istifadəçiləri aşkar edəcək. Platformadan məhdudiyyətsiz istifadə etməyə davam etmək üçün onlar valideynlərinin razılığını almalı olacaqlar. Bundan əlavə, "Instagram” qeydiyyat zamanı yanlış yaş göstərilməsi prosesini çətinləşdirəcək və cihaz identifikatoru analizi, elektron poçt uyğunluğu, rəsmi sənədlər və ya videoselfi tələbi kimi əlavə yoxlamalar tətbiq edəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol