• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika Qarabağda ilk filialını açdı!

Bank Respublika Qarabağda ilk filialını açdı!
07.11.2024 11:55
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlayaraq yeni bir tarix yazdı. Bu Qələbə Ali Baş Komandan Prezident İlham Əliyevin düşünülmüş siyasəti və möhkəm iradəsinin, Müzəffər Ordumuzun şücayəti, eləcə də xalqımızın onun ətrafında dəmir yumruq kimi birləşməsinin nəticəsi idi.

Ölkənin aparıcı banklarından biri kimi Bank Respublika da, azad edilən torpaqlarımızda iqtisadi inkişafa öz töhfəsini vermək məqsədilə, "8 noyabr – Zəfər Günü” ərəfəsində yenidən bərpa olunmuş Füzuli şəhərində filialını istifadəyə verdi.
Əlamətdar haldır ki, Füzuli filialının açılışını bildirən rəmzi qırmızı lent məhz "Bank Respublika”nın "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olumuş əməkdaşları tərəfindən kəsilərək müştərilərin istifadəsinə verilmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsinin müavini Eldar Seyidov ölkənin aparıcı bankından biri olan "Bank Respublika”nın Füzulidə filial açmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və filialın kollektivinə işlərində uğurlar arzulayıb.

Geniş ərazidə yerləşən və müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Qeyd edilib ki, Bankın strateji inkişaf proqramında işğaldan azad olunmuş torpaqlarımızın bərpası və dirçəlməsi məqsədilə gələcəkdə yeni filialların aparılması planlanır.

"Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 36 filialı və 2 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol