• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Proqramı çərçivəsində 981 nəfər xaricdə təhsil alır

Dövlət Proqramı çərçivəsində 981 nəfər xaricdə təhsil alır
07.11.2024 15:41
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə qəbul yekunlaşıb.

Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Belə ki, avqustun 13-də elan olunmuş və 2024/2025-ci tədris ilində Dövlət Proqramı çərçivəsində təqaüd almaq hüququ qazanan 500 nəfərə dair yekun siyahıda yer alan və magistratura səviyyəsi üzrə müxtəlif səbəblərdən iştirakı mümkün olmayan (şəxsi səbəblər, viza səbəbi və s.) 23 nəfər təqaüdçü proqramdan imtina edib, əvəzinə ehtiyat siyahısından namizədlər seçilib. Bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb.

Qeyd edək ki, hər il 500 nəfərədək Azərbaycan vətəndaşının Dövlət Proqramı çərçivəsində xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq.

2022-ci ildən başlayan qəbul nəzərə alınmaqla indiyədək 1252 nəfər proqram çərçivəsində təhsil almaq hüququ qazanıb. Hazırda proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 140 ali təhsil müəssisəsində 981 tələbə təhsil alır. Bugünədək 156 nəfər Dövlət Proqramı məzunu adı qazanıb.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol