• $
  • €
  • ₽
  • ₺
  • £

Təmas xəttindəki məktəblərdə dərslər dayandırıldı

Təmas xəttindəki məktəblərdə dərslər dayandırıldı
29.01.2014 17:39
Cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşən məktəblərdə keçirilən dərslərə 3 gündür ki, fasilə verilib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndində atəşkəs hallarının mütəmadi olaraq pozulması ilə əlaqədar olaraq məktəblərdə dərslər dayandırılıb. Bu hallar daha çox cəbhə xəttinə yaxın ərzilərdə baş verən məktəblərdə müşahidə olunur. Hətta bəzi məktəblərə dərslərin müyyən saatlarda yarımçıq kəsildiyi də bildirilir.Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə məktəblərdə təhsilin dayandırılmadığı bildirilib: "Bölgədə hər hansı bir məktəbdə dərs saatlarında axsama müşahidə olunursa bu barədə Nazirliyə məlumat verilir. Cəbhə bölgələrində dərsin dayanması ilə bağlı bizə heç bir məlumat daxil olmayıb".Xatırladaq ki, ötən gün cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 250 dəfə pozulub. Müdafiə Nazirliyindən bildiriblər ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və Noyemberyan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Bir neçə gün əvvəl yayılan məlumatda isə Əlibəyli kəndində ermənilərin məktəblilər keçən yolu atəşə tutduqları məlumatı yayılmışdı.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol