• $
  • €
  • ₽
  • ₺
  • £

DİN xüsusi göstəriş verdi

DİN xüsusi göstəriş verdi
29.05.2020 01:12
Piyadaların iştirakı ilə baş verən yol qəzalarının, bu zaman ölən və xəsarət alanların sayının artması səbəbindən Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi tərəfindən piyadalarla bağlı geniş təbliğat işlərinin aparılması və profilaktik tədbirlərin keçirilməsi barədə göstəriş verilib.Bu barədə Trend-ə nazirliyin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.Bölmə rəsinin sözlərinə görə, piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin çoxluğu DİN-in yanvarın 28-də keçirilən geniş Kollegiya iclasında ciddi narahatlıq doğuran məsələlərdən biri olub və bu sahədə ciddi maarifləndirmə işlərinin aparılması barədə göstəriş verilib.Səbəb isə odur ki, yol hərəkəti qaydalarını pozduqlarına görə 2013-cü ildə təkcə Bakıda 139 min 658 piyada inzibati məsuliyyətə cəlb edilib. Buna baxmayaraq, təəssüf ki, piyadaların vurulması ilə nəticələnən 527 yol qəzası baş verib. Ümumi hadisələrin yarıdan çoxunu təşkil edən bu hadisələr zamanı 179 nəfər ölüb, 379 nəfər xəsarət alıb.Bu il yanvarın 1-dən 28-dək isə Bakıda piyadaların iştirakı ilə artıq 29 yol qəzası baş verib. Baş verən hadisələr nəticəsində 11 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Yol hərəkəti qaydalarını pozduqlarına görə 1300 nəfər barəsində inzibati protokol tərtib edilərək cərimə olunublar.V.Əsədov qeyd edib ki, yaranmış xoşagəlməz vəziyyətlə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət ünvanlayır: "Yol polisi paytaxt ərazisində piyadalar üçün zolaqlı yolların olmasını nəzərə alaraq bir daha əhaliyə "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsinin tələblərinə uyğun olaraq, onlar üçün ayrılmış səkilərlə, yol birləşmələrindəki piyadalar üçün zolaqlı yerlərlə, yeraltı və yerüstü piyada keçidləri ilə hərəkət etmələrini tövsiyə edir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcək və iyirmi manat məbləğində cərimə olunacaqlar".ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol