Aeroport yolunda ağır qəza olub,ölən və yaralananlar var

Ötən gecə aeroport yolunda üç avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb.
Piyada 1963-cü il təvəllüdlü Nəsibov Emin Əziz oğlu şossedə əks tərəfə keçmək istəyərkən onu "Range Rover” markalı avtomobil vurub.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
www.anews.az
APA xəbər verir ki, hadisə aeroport şossesinin Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Eyni istiqamətdə olan "Fiat” markalı nəqliyyat vasitəsi "Range Rover” markalı maşına çırpılıb. Qəza nəticəsində "Fiat” markalı maşında olan sərnişin 26 yaşlı Hacızadə Asim Natiq oğlu avtomobildən çıxaraq yola düşüb. Zərbənin təsirindən ölüb.
Qəza nəticəsində avtomobillərdə olan sərnişinlər Seymur Sultanov, Tamella Sultanova, Günay Yusifova və İlkin Novruzlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























