• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini: “Suriyada həlak olanlara şəhid deyə bilmərəm”

Nazir müavini: “Suriyada həlak olanlara şəhid deyə bilmərəm”
29.01.2014 16:33
“Məmur və insan olaraq deyərdim ki, gənclər Suriyaya getməsinlər. Çünki onların orada həlak olması bizi üzür”.Bunu APA-ya açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, Suriyaya gedib həlak olan gənclər həyatlarını məhv edirlər: “Onlara şəhid statusunun verilməsi hər iki baxımdan alınmır. Şəhid statusu ya vətən, ya da din uğrunda öləndə verilir. Onlar Vətən uğrunda həlak olmurlar, çünki Suriyanın bizə heç bir aidiyyəti yoxdur. Dini tərəfdən də ona görə uyğun gəlmir ki, hər iki tərəf müsəlmandır. Oradakılar ya muzdla, ya da başqa fikirlə birləşib bir-birinə güllə atırlar. Bu narahatedici məqamdır”. İ.Babayev qeyd edib ki, Azərbaycan dini baxımdan həmişə çox tolerant olan ölkə olub: “Burada dindarlar üçün şərait var. İnsan normal şəkildə öz dini ibadətini həyata keçirir və eyni zamanda cəmiyyətin fəal üzvüdür. Yaranan təriqətlər bu ənənələri pozur. Gənclərin dini baxımdan radikallaşmasına, ifrata varmasına xidmət edir. Mən düşünürəm ki, aidiyyəti orqanlar hüquqi müstəvidə bununla məşğul olmalıdırlar. Onların gənclərin Azərbaycandan çıxıb o ölkəyə getdikləri xətlərin qarşısını almalıdırlar. Ümumiyyətlə, cəmiyyətin əsas vəzifəsi bu istiqamətdə maarifləndirici işləri gücləndirməkdir”. Nazir müavini əlavə edib ki, bu gün Suriyada gedib başqa ölkələrin siyasətinə xidmət etmək, onların maraqlarının qurbanı olmaq heç də yaxşı bir iş deyil: “Mən buna çox təəssüf edirəm. Azərbaycanın Qarabağ problemi var. Əgər bu gün canını qurban verməyə hazır olan oğullarımız varsa, onlar Azərbaycanda olmalı və hər an Ali Baş Komandanın əmrini gözləməlidirlər. Onlar burada lazımdırlar. Orada gedən gərginlik, vətəndaş qarşıdurması tamam başqa siyasətdir. Biz onun tərəfdarıyıq ki, Suriyada olan bütün problemlər dinc yolla həll olunsun. Gənclərimiz bu aldadıcı ideyalara qulaq asmasınlar”. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol