• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bu avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Bakıda bu avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
29.01.2014 15:01
Bakıda günün işıqlı vaxtlarında qoşqulu və yarımqoşulu, iriqabaritli və ya ağır çəkili avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.Bölmə rəisi bildirib ki, Bakı şəhəri ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi, rahat, fasiləsiz hərəkətin təşkili məqsədilə paytaxtın inzibati ərazisindəki yollar müayinə edilərək müşahidələr və təhlillər aparılıb. Məlum olub ki, günün işıqlı vaxtlarında qoşqulu və yarımqoşulu, iriqabaritli avtomobillərin hərəkət etməsi yollarda sıxlığın yaranmasına, bəzən də uzunmüddətli tıxacların baş verməsinə səbəb olur: "Bu məqsədlə fiziki, hüquqi və vəzifəli şəxslərin nəzərə çatdırılır ki, paytaxtın inzibati ərazisində bu tipli avtomobillərin hərəkəti yalnız icazə verilmiş küçə və prospektlər üzrə axşam saat 21:00-dan səhər 8:00-dək nəzərdə tutulub. Yol infrastrukturunun inkişafı sahəsində tədbirlər planının tələbinə uyğun olaraq, bu tipli avtomobillərin hərəkəti göstərilən saatlar üzrə tənzimlənir. Ona görə də Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, səhər saat 8:00-dan axşam saat 21:00-dək qeyd edilən avtomobillərin paytaxtın inzibati ərazisində hərəkətinə məhdudiyyətlər qoyulacaq. Ona görə də xahiş edilir ki, gün ərzində paytaxt ərazisində sıxlığın yaranmaması, yol qəza hadisələrinin baş verməməsi naminə belə avtomobillərdən yalnız günün göstərilən vaxtında istifadə edilsin. Əks halda yol polisi tərəfindən qanunvercilikdə nəzərdə tutulmuş qaydada cəza tədbirləri görüləcək. Belə avtomobilləri olan fiziki, hüquqi və vəzifəli şəxslərdən xahiş edilir ki, bu qadağanı nəzərə alaraq işlərini əvvəlcədən planlaşdırsınlar".Bölmə rəisinin sözlərinə görə, artıq yol polisləri tərəfindən bu tipli avtomobillərin mütəmadi hərəkət etdiyi yollar nəzarətə götürülüb: "Bunlar 20 Yanvar dairəsi, 3-cü Kənar dairəvi yol, Bakı-Ələt yolu, Ziya Bünyadov, Mətbuat, Tbilisi, Babək, Nobel prospektləri, Xırdalan-Biləcəri yolu, Mikayıl Əliyev küçəsi, eləcə də digər küçə və prospektlərdir. Qeyd edilən yollarda yol polisi tərəfindən əlavə tədbirlərin görülməsi nəzərdə tutulur".V.Əsədov qeyd edib ki, bununla bağlı gömrük postlarına da müvafiq tapşırıqlar verilib. Yük avtomobilləri gömrük postuna daxil olandan sonra onların orada saxlanması üçün müvafiq şərait yaradılacaq.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol