Bakıda kafedə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Ş.Mehtiyev küçəsində yerləşən kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində kafenin dam örtüyü 100 kv.m. və yanar konstruksiyaları 80 kv.m. sahədə yanıb.
Kafenin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























