• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 49 şagirdin oxumağı və yazmağı bacarmadığı aşkarlandı

Azərbaycanda 49 şagirdin oxumağı və yazmağı bacarmadığı aşkarlandı
29.01.2014 12:45
Ötən il Azərbaycanda keçirilən buraxılış imtahanları nəticəsində 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub. Tələbə Qəbulu üzrə Dövlət komissiyasından APA-ya verilən xəbərə görə, belələri 11-ci sinif şagirdləri arasında 5 nəfər, 9-cu sinif şagirdləri arasında isə 44 nəfər olub: “Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. Bu cür halların imtahan protokollarında heç də həmişə qeyd olunmadığını nəzərə alsaq, yuxarıda göstərilən faktların əslində daha çox olduğunu və vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar. Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu, hətta 11-ci sinfə qədər gəlib çatması bizim üçün müəmmalı olaraq qalır”. 11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Şəmkir, Gədəbəy, Ağstafa, Goranboy və Kürdəmir rayonlarının hərəsində 1 nəfər. 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Sabirabad – 9 nəfər, Daşkəsən – 7 nəfər, Gədəbəy – 4 nəfər, Bərdə, Ağdaş, Salyan və Cəlilabad rayonlarının hərəsində 3 nəfər, Qobustan, Füzuli və Neftçala rayonlarının hərəsində 2 nəfər, Şəmkir, Tovuz, Göyçay, Kürdəmir, Ağdam və Beyləqan rayonlarının hərəsində 1 nəfər. Buraxılış imtahanlarında həm 9-cu sinif, həm də 11-ci sinif şagirdləri arasında ən yüksək nəticələri türk liseylərinin və Təhsil Nazirliyi (TN) tabeli və özəl liseylərin şagirdləri əldə ediblər. 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarında türk liseyləri şagirdlərinin bütün fənlər üzrə topladıqları orta bal müvafiq olaraq 45.3-ə və 48.9-a, TN tabeli və özəl liseylərin şagirdlərinin nəticələri isə müvafiq olaraq 39.5-ə və 44.7-yə bərabər olub. 9-cu siniflər üzrə buraxılış imtahanında bölgələr arasında ən yüksək nəticəni Naftalan, Sumqayıt, Naxçıvan, Bakı, Mingəçevir şəhərlərinin, Şahbuz, Qubadlı və Qax rayonlarının şagirdləri göstəriblər. Ən aşağı göstəricilər isə Daşkəsən, Saatlı və Sabirabad rayonlarının şagirdlərinə aid olub. 11-ci siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticəni Naftalan, Sumqayıt, Mingəçevir, Bakı şəhərlərinin, Qubadlı, Qax, Şahbuz rayonlarının və Naxçıvan şəhərinin şagirdləri əldə ediblər. Göründüyü kimi, 9-cu siniflər üzrə buraxılış imtahanında yüksək nəticə göstərən bölgələr 11-ci siniflər üzrə buraxılış imtahanında da, əsasən, yüksək nəticə əldə ediblər. Ən aşağı göstəriciləri isə Ağcabədi və Sabirabad rayonlarının şagirdləri nümayiş etdiriblər. Qeyd edək ki, ötən il buraxılış imtahanlarında 203907 nəfər şagirdi iştirak edib. Onların 117275 nəfəri 9-cu, 86632 nəfəri isə 11-ci sinif şagirdləri olub. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol