• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ən çox qazdan zəhərlənmə olan rayon

Bakıda ən çox qazdan zəhərlənmə olan rayon
29.01.2014 12:39
Bakıda 2013-cü ildə 1880 nəfər dəm qazından zəhərlənib. APA-nın verdiyi məlumata görə, bunu “İstismarda olan bina və qurğuların texniki təhlükəsizliyinin 2013-cü ildə aparılmış monitorinqinin nəticələri və qarşıda duran vəzifələr” mövzusunda keçirilən dəyirmi masada Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev açıqlayıb. Məlumata görə, bu, 2012-ci illə müqayisədə 72 fakt azdır. 2012-ci ildə dəm qazından zəhərlənmə ilə bağlı 1952 fakt qeydə alınıb, bunlardan 201 fakt Binə Ticarət Mərkəzində yanğın zamanı baş verib.Bildirilib ki, 2012-ci ildə olduğu kimi, 2013-cü ildə də dəm qazından zəhərlənmə faktlarının qeydə alınması sahəsində Binəqədi rayonu liderlik edir. 2012-ci ildə Binəqədi rayonunda dəm qazından zəhərlənmə ilə bağlı 343, 2013-cü ildə isə 359 fakt qeydə alınıb. Yasamal, Sabunçu rayonları 2013-cü ildə də dəm qazından zəhərlənmə hallarının çoxluğu ilə seçilib. 2012-ci ildə Yasamal rayonunda 202, 2013-cü ildə 212, Sabunçu rayonunda isə müvafiq olaraq 214 və 211 belə fakt qeydə alınıb. Ümumiyyətlə, 2012-ci ildə Xətai rayonunda 161, Xəzər rayonunda 32, Qaradağ rayonunda 338 (201 fakt Binə Ticarət Mərkəzi ilə əlaqədardır), Nərimanov rayonunda 132, Nəsimi rayonunda 144, Nizami rayonunda 163, Səbail rayonunda 84, Suraxanı rayonunda 139 dəm qazından zəhərlənmə faktı baş verib. 2013-cü ildə isə Xətai rayonunda 118, Xəzər rayonunda 59, Qaradağ rayonunda 147, Nərimanov rayonunda 148, Nəsimi rayonunda 136, Nizami rayonunda 202, yeni yaradılmış Pirallahı rayonunda 3, Səbail rayonunda 84, Suraxanı rayonunda 2012 dəm qazından zəhərlənmə faktı qeydə alınıb.  ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol