• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti il polislərin maaşları artırıla bilər - Nazir

Növbəti il polislərin maaşları artırıla bilər - Nazir
19.11.2024 16:46
2025-ci il polislərin əməkhaqqlarının artırılması məsələsinə baxılacaq. Bunu maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisdə  Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında  çıxışı zamanı bildirib. 
 
"Təhlükəsizliklə bağlı məsələ Prezidentin hər zaman diqqətindədir. Bu kateqoriyadan olan şəxslərin maaşların artırılması məsələsinə yenidən baxıla bilər. Elə də gələn il Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqqlarının artırılmasına baxılacaq", - nazir çıxışında deyib. 
 
Samir Şərifov cari il Daxili Qoşunların əməkhaqqlarının artırılmasını da diqqətə çatdırıb.
 
Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc polislərin maaşlarının artırılmasına ehtiyac olduğunu bildirib. 
 
O vurğulayıb ki, Vətən müharibəsində şəhid olan, pandemiyada 724 rejimində çalışan və hazırkı mürəkkəb regional-beynəlxalq şəraitdə ölkəmizdə konstitusion quruluşu, dövlət-hakimiyyət orqanlarının normal çalışmasını və ictimai asayişi ləyaqətlə qoruyan polislərin maaşının artırılmasına çox ehtiyac var.

Gülnar Nazimqızı 
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol