• $
  • €
  • ₽
  • ₺
  • £

Məcburi köçkünlərə xəbərdarlıq

Məcburi köçkünlərə xəbərdarlıq
29.01.2014 11:20
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi dələduzluq halları ilə bağlı məlumat yayıb.Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2001-2013-cü illər ərzində 180 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, köçürülmə prosesi xüsusi yaradılmış komissiyanın, həmçinin məcburi köçkünlərin özlərinin iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilib. Dövlət Komitəsi təəssüflə qeyd edir ki, köçürmə prosesi zamanı bəzi dələduzluq halları barədə Dövlət Komitəsinə şifahi məlumatlar daxil olub, Komitə və hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlər nəticəsində Komitəyə aid olmayan şəxslər barəsində ciddi tədbirlər görülüb. Hazırda qeyri-rəsmi məlumata görə Bakı və Gəncə şəhərlərində belə dələduzluq hallarına cəhd olunur. Dövlət Komitəsi bildirir ki, köçürmə prosesi indiyədək olduğu kimi şəffaf şəkildə həyata keçirilir və bütün məcburi köçkünləri ciddi xəbərdar edir ki, hər hansı məcburi köçkün belə dələduzluq hallarına qoşularsa, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar. Dövlət Komitəsi bütün məcburi köçkünlərə müraciət edərək xahiş edir ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal Komitəyə məlumat versinlər.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol