Azərbaycanda zəlzələ baş verib

Zəlzələnin episentri Bərdə şəhərindən 22 km cənub – şərqdə, Bərdə - Ağdaş sərhədi olubBu gecə Azərbaycanda zəlzələ baş verib.ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar Bərdə rayonunda qeydə alınıb.Yerli vaxtla saat 02:36 radələrində baş vermiş zəlzələnin episentri Bərdə şəhərindən 22 km cənub – şərqdə, Bərdə - Ağdaş sərhəddində olub.Yerin 32 km dərinliyində qeydə alınan zəlzələ hiss olunmayıb.Zəlzələ nəticəsində dağıntı və təlafat qeydə alınmayıb.
ANN.Az
























