“Təhsil və təqaüdlərin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında rolu” mövzusunda müzakirə keçirilib

Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Təhsil və təqaüdlərin
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında rolu” mövzusunda müzakirə
keçirilib.
Müzakirədə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri
Elnur Nəsibov iqlim dəyişikliklərinin təhsilə təsirinin aktual məsələlərdən
biri olduğunu vurğulayıb. Fond sədri TİF-in tərəfdaşları sırasında "NEQSOL Holding”,
STP Şirkətlər Qrupu, SOCAR, bp kimi böyük enerji şirkətlərinin olduğunu və
onların hər birinin siyasətində yaşıllaşdırma, təhsil vasitəsilə maarifləndirilmənin
artırılması, yaşıl bacarıqların, dəyərlərin formalaşdırılması sahəsində mühim
addımlar atdıqlarını diqqətə çatdırıb. Xüsusi ilə təhsil sahəsində dövlət-özəl əməkdaşlığının
önəmini vurğulayan Elnur Nəsibov, maraqlı tərəfləri bu sahədə birgə tərəfdaşlığa
dəvət edib.
"NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə iqlim dəyişikliklərinin
aradan qaldırılmasında təhsilin vacib rolunun olduğunu vurğulayıb. O qeyd edib
ki, "NEQSOL Holding” hər zaman təhsillə bağlı təşəbbüsləri dəstəkləyib. "NEQSOL
Holding” Azərbaycanda bir neçə təhsil müəssisəsinin təmirini həyata keçirib, tələbələrə
təqaüdlərin verilməsində iştirak edib. Təhsilin İnkişafı Fondu ilə birgə həyata
keçirilən "Parla” təqaüd və inkişaf proqramının da təhsilə dəstək sahəsində
uğurlu nümunələrdən biri olduğu vurğulanıb. İ.Əhmədzadənin təhsillə bağlı məsələlərin
həllinin təkcə dövlətin üzərinə düşməli olduğunu deyil, özəl qurumların da bu
istiqamət üzrə təşəbbüskar olmalarını və dövlətlə sıx əməkdaşlıq etmələrini
bildirib.
Ümumdünya Səhiyyə Təşkilatı Fondunun Baş icraçı direktoru Anil Soni
insanların, xüsusilə gənclərin bəzən özlərini iqlim dəyişikliyinin təsirlərindən
kənarda, gücsüz hiss etdiklərini qeyd edib. Bu təsirlərin aradan qaldırılması
üçün hazırda yeni imkanların axtarıldığını vurğulayan Anil Soni əlavə edib ki,
hamı iqlim dəyişikliyinin şiddətləndirici təsirinin olmaması üçün çalışmalı,
bunun üçün hansı imkanlar yarada biləcəyini araşdırmalıdırlar. Anil Soni bütün
bu məsələlərin bir fərd və ya bir qrup tərəfindən təkbaşına həll edilə bilməyəcəyini
və insanları potensiallarının imkanlarından daha geniş istifa edərək, bu çağırışlara cavab verməyə səsləyib.
"NEQSOL Holding”in departament rəhbəri Dilarə Cəfərli tədqiqatlara əsasən,
yoxsulluğun aradan qaldırılmasında təhsilin dəyişdirici güc olduğunu, qızlara təhsilverən
məktəblərin icmaları "yoxsulluğun amansız dövründən” "imkanlar dövrü”nə qədər
inkişaf etdirdiyini bildirib. Dilarə Cəfərli
qızlara təhsilin verilməsi ilə bağlı təşəbbüslərin davamlı təsirlər yaratdığını,
o cümlədən iqtisadi şəraitin, sağlamlıq göstəricilərinin yaxşılaşdırılması və cəmiyyətin
rifahının gücləndirilməsinə töhfə verdiyini vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























