• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Yol polisi sürücülərə xəbərdarlıq etdi
28.01.2014 16:32
Azərbaycanda qeyri-sabit hava şəraiti və yolların buz bağlayacağı ilə əlaqədar olaraq ölkənin bəzi magistral yollarında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.İdarədən qeyd edilib ki, Axşam və gecə saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı barədə məlumat daxil olub. Bu səbəbdən də bəzi avtomobillərin həmin istiqamətdə hərəkətinə məhdudiyyət qoyulacaq.Məlumata görə, əsas etibarilə şinləri qış mövsümünə uyğun olmayan nəqliyyat vasitələrinin bu istiqamətdə hərəkətinə məhdudiyyət qoyulacaq: "Həmin istiqamətlərdə əsas etibarilə hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən və yaxud ictimai nəqliyyatdan istifadə edilməlidir.Əsasən Şamaxı, eləcə də Ağsu aşırımları istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sahibləri diqqətli olmalıdırlar. Sürücülər əsasən Bakı-Qazax yolu ilə Kürdəmirdən keçməklə gedə bilərlər. Bundan əlavə, Quba-Qusar istiqamətində hərəkət edən avtomobillərin də Xaçmaz yolundan istifadə etməsi tövsiyə olunur.Məlumatda, həmçinin bildirilir ki, yaxın günlərdə Bakının bəzi yerlərində də yollar buz bağlayacağından paytaxt sürücüləri təhlükəsizlik tədbirləri görməlidirlər.Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın günlərdə gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.Departamentdən öncə Trend-ə verilən məlumata görə, yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, yanvarın 28-29-da bəzi dağlıq və dağətəyi rayonlarda, yanvarın 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.Yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 2-4 dərəcə isti, yanvarın 30-da 0 dərəcəyə yaxın, yanvarın 31-də isə minimal temperaturun 2-4 dərəcə şaxta olacağı, şimal küləyinin arabir güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol