• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Bütün orta məktəb məzunlarına attestat veriləcək

Nazirlik: Bütün orta məktəb məzunlarına attestat veriləcək
28.01.2014 15:57
Ötən il olduğu kimi, bu il də hər hansı fəndən "iki" qiyməti almasından asılı olmayaraq, orta məktəbin bütün 11-ci sinif məzunlarına attestat, 9-cu sinif məzunlarına şəhadətnamə veriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.Onun sözlərinə görə, ötən ilin may ayında Nazirlər Kabineti orta məktəb məzunlarına attestatların verilməsi ilə bağlı qaydalara dəyişikliklər edib: "Ötən il qaydalar dəyişdirilən zaman onun tətbiqi müddətinin bir il olması nəzərdə tutulmamışdı. 2013-cü ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə attestatların verilməsi qaydalarında dəyişikliklər edildikdən sonra məzunların 99,3 faizi attestat alıb. Bu il də prosedur eyni qaydada həyata keçiriləcək".Qeyd edək ki, Nazirlər Kabinetinin 23 may 2013-cü il tarixli qərarı ilə təhsil haqqında attestat və digər sənədlərin verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib. Qəbul edilmiş qərar əsasında illik qiymətlərdən asılı olmayaraq, bütün 9-cu sinif şagirdləri buraxılış imtahanlarına buraxılırlar. Onlar, həmçinin buraxılış imtahanında alınan qiymətlərdən asılı olmayaraq, yekun attestasiyanın nəticələrini özündə əks etdirən şəhadətnamə almaq hüququna malik olurlar.11-ci sinif məzunları bütün fənlər üzrə müsbət illik qiymətlər (3 və daha yuxarı) almaq şərti ilə buraxılış imtahanlarına buraxılırlar. Bu kateqoriya məzunların attestat qiyməti 10 və 11-ci siniflər üzrə illik qiymətlər və imtahan nəticəsində alınmış qiymətlərin yuvarlaq orta qiymətidir.Nazir müavini Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən saxta diplomların verilməsi ilə bağlı aparılan araşdırmalara da münasibət bildirib və deyib ki, əgər hər hansısa ali məktəbdə bu cür neqativ hallar aşkarlanarsa, onlara qarşı da sərt addımlar atılacaq.Onun sözlərinə görə, hazırda bu məsələ Baş Prokurorluq tərəfindən araşdırılır: "Hazırda istintaq işləri həyata keçirilir. İstintaq başa çatdıqdan sonra Baş Prokurorluq bu məsələ ilə bağlı geniş məlumat verəcək".C.Bayramov bildirib ki, mütəmadi olaraq, ali məktəblərdə yoxlamalar həyata keçirilir: "Ancaq hazırda Təhsil Nazirliyi tərəfindən xüsusi olaraq hər hansı yoxlamalar aparılmır. Ali təhsil müəssisələrində tədrisin səviyyəsi yoxlanılarkən diplomlarla bağlı vəziyyət də araşdırılır".ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol