• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkarları şantaj edən sayt rəhbərləri saxlanılıb

Sahibkarları şantaj edən sayt rəhbərləri saxlanılıb
28.11.2024 15:44
Paytaxtın və respublikanın ayrı-ayrı rayonlarında kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədəsi ilə onların pul vəsaitlərini hədə-qorxu ilə ələ keçirən bir neçə sayt rəhbəri polis əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. 

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) daxil olan çoxsaylı şikayətlər əsasında "Aztvnews.az” saytının baş direktoru Seymur Məmmədov, "Qaynar-xett.az” saytının baş direktoru Zaur Əhmədov, "Postbaku.net” xəbər saytının baş direktoru Eldəniz Mejdunov, "Aja.az” saytının baş direktoru Elvin Qurbanov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərin barələrində işgüzar nüfuzlarına təsir göstərən videoreportaj hazırlayıb mediada yaymaqla hədələyib müxtəlif məbləğlərdə pul vəsaitləri tələb ediblər.

Faktla bağlı BMCMİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq madddələri ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunan S.Məmmədova 32, Z.Əhmədova 24. E.Mejdunova 7, əvvəllər məhkum olunan E.Qurbanova 10 fakt üzrə ittiham elan edilməklə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanan cinayət işi aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol