• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyindən saxta diplom xəbərdarlığı

Təhsil Nazirliyindən saxta diplom xəbərdarlığı
28.01.2014 14:28
“Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında aşkar olunan saxta diplomlarla bağlı hazırda Baş Prokurorluqda istintaq gedir. İstintaq başa çatdıqdan sonra Baş Prokurorluq bununla bağlı geniş məlumat verəcək”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Nazir müavini bildirib ki, ali məktəblərdə mütəmadi yoxlamalar həyata keçirilir. O qeyd edib ki, hansısa ali məktəbdə bu cür neqativ hal aşkarlanarsa, sərt addımlar atılacaq: “Hazırda xüsusi olaraq hər hansısa yoxlama həyata keçirilmir. Ali təhsil müəssisələrində tədrisin səviyyəsi yoxlanarkən diplomlarla olan vəziyyət də araşdırılır”. Azərbaycanda 12 illik təhsilə keçid məsələsinə də aydınlıq gətirən C. Bayramov qeyd edib ki, bu məsələ “Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda əksini tapıb: “12 illik təhsil strategiyada qoyulmuş hədəflərdən biridir. Hazırda strategiyanın fəaliyyət planı hazırlanır, bundan sonra isə müvafiq dövlət proqramları qəbul ediləcək. 12 illik təhsilə keçidlə bağlı dövlət proqramı qəbul olunduqda orada ətraflı təfərrüatlar veriləcək. 12 illik təhsilə keçidin hansı sinifdən başlayacağı barədə indidən nəsə demək tezdir”. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol