• $
  • €
  • ₽
  • ₺
  • £

Əlil idmançılar arasında keçiriləcək çempionatın vaxtı bəlli olub

Əlil idmançılar arasında keçiriləcək çempionatın vaxtı bəlli olub
02.12.2024 14:25
Azərbaycanda artıq 10-cu dəfə "SENİ Cup” Azərbaycan Çempionatı keçiriləcək. 

Azərbaycan Boccia İdman Federasiyasının prezidenti Vüqar Behbudov, Boccia İdman Federasiyasının vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmov, SENİ şirkətinin marketoloqu Fəridə Fərziyeva arasında bununla bağlı görüş keçirilib. 

 Vüqar Behbudov bildirib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafına göstərilən xüsusi qayğı nəticəsində Azərbaycan idman sahəsində, həmçinin paralimpiya hərəkatında böyük nailiyyətlərə imza atıb və dünyada idman ölkəsi kimi tanınır. Bunun nəticəsidir ki, əlilliyi olan idmançılarımız dəfələrlə beynəlxalq və yerli çempionatlarda iştirak ediblər və uğur qazanıblar.  

Görüş zamanı Federasiyanın vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmov hazırlıq mərhələsi və məşq prosesi barədə məlumat verib. Təşkilati işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün fikir mübadiləsi aparılıb. 

Çempionatın qrup mərhələləri üzrə yarışları 5 dekabrdan başlayacaq. Final mərhələsi isə 13 dekabrda baş tutacaq. Yarışda Azərbaycanın bütün regionlarından 110-dan çox əlilliyi müəyyən edilmiş idmançılar iştirak edəcəklər. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol