Bu gün Bakıda qaz olmayacaq

Bu gün Bakının və respublikanın bir sıra regionlarında təbii qazın təchizatında məhdudiyyətlər olacaq.
ARDNŞ-in “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu gün saat 17:00-dək Ağstafa, Ağcabədi rayonlarına, Zaqatala və Goranboy rayonlarının bir hissəsinə, saat 18:00-dək Mingəçevir şəhərinə, Yevlax rayonunun Tanrıqulular kəndinə, Abşeron və Tərtər rayonlarının bir hissəsinə, Xəzər rayonunun bir hissəsinə, saat 17:00-dək Quba rayonuna, saat 18:00-dək isə Qazax, Nərimanov, Lənkəran, Xətai, Binəqədi və Sabunçu rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.Məlumatda bildirilib ki, adı qeyd edilən ərazilərdə təbii qazın verilməsində məhdudiyyətlərin olması aparılan təmir işləri ilə əlaqədardır. ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























