• $
  • €
  • ₽
  • ₺
  • £

Bir müddət məktəbsiz, yolsuz və qazsız yaşamaq olar - Aqil Abbas

Bir müddət məktəbsiz, yolsuz və qazsız yaşamaq olar - Aqil Abbas
03.12.2024 11:39
Qarabağa qayıdışı nəzərə alıb bir müddət məktəbsiz, yolsuz, qazsız qalmaq olar. Bunu deputat Aqil Abbbas deyib. 
 
"Bizim nazirlər nə Norveçin, nə Almaniyanın naziri deyil. Müharibədən çıxan bir ölkəyik. Bizim ölkəyə başqa yerdən pul gəlmir. Əlimizdə olan pulu necə xərcləmək lazım olduğunu düşünməliyik. Burada, büdcə müzakirələrində cari məsələlər müzakirə edildi. Bir müddət məktəbsiz, yolsuz, qazsız qala bilərik. Müvəqqəti olaraq Kəlbəcərin, Ağdamın xətrinə dözmək olar", - deputat  parlamentin bugünkü plenar iclasında büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
 
Deputat vurğulayıb ki, İlham Əliyev tərəfindən Qarabağda gözəl şəhərlər qurulur. 
 
Spiker Sahibə Qafarova da deputata cavab olaraq bildirib ki, "bəli Qarabağda böyük şəhərlər qurulur və orada hər kəsə yaşamaq üçün torpaq verilir".
 
Bundan əvvəl Aqil Ababs Milli Məclisdə çıxışı zamanı söyləyib ki, Qarabağ azad ediləndən sonra yenidən qurulan şəhər və kəndlərə qayıdan yerli əhaliyə torpaq verilməyib. Aqil Abbas qeyd edib ki, başqa yerlərdən gələnlər torpaqları alıb və istifadə edir, təkcə qarabağlılardan başqa.
 

Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol