• $
  • €
  • ₽
  • ₺
  • £

Məmurlara bahalı maşın qadağası

Məmurlara bahalı maşın qadağası
27.01.2014 18:25
Gürcüstanda dövlət ehtiyacları üçün avtomobillərin alışı yeni qaydalarla tənzimlənəcək. Trend-in məlumatına görə, hökumət dövlət avtomobil parkının bölüşdürülməsi, avtomobillərin təsnifatı və alışı-dəyişdirilməsi qaydalarını təsdiq edib. Qaydalar dövlət büdcəsi hesabına avtomobillərin alınması, dəyişdirilməsi və bölüşdürülməsi prosesini tənzimləyir.Qaydalara əsasən, dövlət təşkilatlarının tender təkliflərində təkcə avtomobilin ilkin dəyəri deyil, həm də onun il ərzində saxlanılmasına görə məbləğ göstəriləcək. Söhbət yanacaq sərfiyyatından, göstərilən xidmətdən və s. gedir. Bu da öz növbəsində, büdcə vəsaitlərinə xeyli qənaət etməyə imkan verəcək. Yeni qaydalara görə, avtomobil parkı 4 kateqoriyaya bölünüb. Ən aşağı - 4-cü kateqoriyadan olan avtomobillər kuryer və feldyeger xidmətləri və şəhərin daxilində sərnişinlərin daşınması üçün istifadə olunur. Onların maksimum qiyməti 15 400 dollar məbləğində müəyyənləşdirilib.Birinci kateqoriyaya nazirlərin müavinləri və bu rütbədən olan digər vəzifəli şəxslərə xidmət göstərən avtomobillər daxildir. Avtomobilin maksimum qiyməti 31 500 dollar həcmində müəyyən olunub.İkinci sinif avtomobillər departament rəhbərləri, onlara bərabər tutulan vəzifəli şəxslər və bu rütbədən olan digər vəzifəli şəxslərə şamil edilir. Minik avtomobilinin dəyəri 21 min dolları, yüksək hərəkət etmə qabiliyyəti olan avtomobillərin dəyəri isə 26 500 dolları ötməməlidir. Üçüncü kateqoriyadan olan avtomobillərə gəlincə, onlar hökumət dəftərxanasının struktur şöbələrinin, regional və rayon strukrtur vahidlərinin rəhbərləri, Baş nazirin müşaviri və bu rütbədən olan digər vəzifəli şəxslər üçün nəzərdə tutulub. Minik avtomobilinin dəyəri 16 800 dollar, yüksək hərəkət qabiliyyəti olan avtomobillərin qiyməti isə 24 300 dollardır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol