• $
  • €
  • ₽
  • ₺
  • £

İmişli Şəkər Zavoduna media tur təşkil edilib

İmişli Şəkər Zavoduna media tur təşkil edilib
10.12.2024 12:58
Ölkənin aparıcı media nümayəndələri üçün regionun ən böyük şəkər istehsalat müəssisəsi olan İmişli Şəkər Zavoduna media tur keçirilib.


Müəssisəni ziyarət edən jurnalistləri Azərbaycan Şəkər İstehsalat Birliyinin rəsmisi Məhəmməd Abışov qarşılayaraq, onlara müəssisənin fəaliyyəti haqqında geniş məlumat verib.


Mütəxəssis bildirib ki, 2024-ci ildə şəkər çuğunduru əkinçiliyi sahəsində 24 rayon 94 kənd üzrə 216 mülkiyyətçi ilə müqavilə bağlayaraq, bölgələrdə 7,374.02 hektar sahədə şəkər çuğunduru əkinin həyata keçirilməsi təmin olunub. 


Burada istehsal edilən məhsullar ölkədaxili tələbatı qarşılamaqla bərabər, xarici ölkələrə də ixrac edilir ki, bununla da ölkədən valyuta axınının qarşısının alınmasına mühüm töhfə verilir.


İmişli Şəkər Zavodunda Almaniya, Polşa, Türkiyə, Ukrayna, Avstriya və Rusiya istehsalı olan avadanlıqlar istifadə olunur. 


Zavodun Azərbaycan bazarında şəkər tələbatını tamamilə qarşıladığı, həmçinin ixrac olunduğu da bildirilib.


Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən zavod "Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq bölgələrdə yaşayan insanların işlə təmin olunması və məşğulluğunun artırılmasında mühüm rol oynayır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol