• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-dən diplomsuz plastik cərrahlarla bağlı açıqlama - “Cəzalar olacaq”

DİN-dən diplomsuz plastik cərrahlarla bağlı açıqlama - “Cəzalar olacaq”
10.12.2024 23:47
Vətəndaş zərərçəkmişə çevrilməməsi üçün müraciət etdiyi ünvanı tanımalıdır. Mən harada müalicə olunuram, məni kim müalicə edir, bunun müalicə etməsi üçün lisenziyası, təhsili varmı kimi suallara vətəndaş cavab tapmalıdır.Bunu DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev İTV-nin efirində diplomsuz plastik cərrahlarla bağlı danışarkən deyib.

Qurum rəsmisi bildirib ki, dövlətin bu məsələdə ciddi mövqeyi var və araşdırmalara başlanılıb:

"Bilinməlidir ki, sosial şəbəkədə, internetdə parlaq, cəlbedici görünən çağırış, reklam aldadıcı ola bilər. Qənirə Ataşovanın paylaşımından sonra ona xeyli sayda təzyiq və təhdidlər oldu. Bunların araşdırılması DİN-in aidiyyəti baş idarəsində aparıldı. Bu paylaşımların dayandırılması üçün Qənirə xanıma mesajlar yazılıb.
Burada qənaətə gəldik ki, həmin şəxslər bu iddialara cavab vermək əvəzinə, təzyiq etməyi üstün tutublar. O həkimlərin biri çıxıb sosial şəbəkədə iddialara cavab vermədi. Diplomun, sertifikatın yoxdur deyilirsə, təqdim etməlisən.
DİN-ə daxil olan müraciətləri nəzərdən keçirəndə aydın olur ki, zərərçəkmişlərin çoxu sonradan susdurulub. Zərərçəkmiş şikayətin geri götürür ki, həkimlə arasındakı problemi həll edib. 
Bütövlüklə cəmiyyət olaraq biz hüququn işləyə biləcəyi formada qaydaları tənzim etməliyik. Qanunsuz fəaliyyət göstərirsənsə, cəza təhdidi var. 
Dövlətin bu sahədə konkret mövqeyi var. Adiyyəti üzrə tapşırlar verilib. Səhiyyə Nazirliyi, Baş Prokurorluq, TƏBİB tərəfindən işlər davam etdirilir. Bu əməllə məşğul olanlar diqqətli olsunlar, cəzalanmalar olacaq”. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol