Bakıdakı uçan bina ilə bağlı rəsmi məlumat

Daxili İşlər Nazirliyi (DİN) Bakının Nərimanov rayonunda binanın uçması faktı ilə bağlı məlumat yayıb.APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 25-də saat 16 radələrində Nərimanov rayonu A. Nemətulla küçəsi ev 68/27-də sökülməkdə olan binanın bir hissəsi uçaraq yolun hərəkət hissəsinə tökülüb. Bu zaman həmin ərazidə hərəkətdə olan Abşeron rayon sakini Mehman Məhərrəmovun idarə etdiyi “Ford”, Bakı şəhər sakinləri Kamran Hüseynlinin idarə etdiyi “Opel”, Məftun Süleymanovun idarə etdiyi “Hyundai”, Sahib Məmmədovun idarə etdiyi “Nissan” markalı avtomobillər əzilib. “Mitsubishi” markalı avtomobili idarə edən Cavid Bayramlı və sərnişini Asiman Əkbərov hadisə yerində ölüblər. Faktla bağlı Nərimanov rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























