• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərlotereya” üç beynəlxalq standart üzrə sertifikat aldı

“Azərlotereya” üç beynəlxalq standart üzrə sertifikat aldı
13.12.2024 12:00
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya” ASC şəffaf fəaliyyəti ilə təkcə milli qanunvericiliyin deyil, həm də sahəvi standartların tələblərinə uyğun fəaliyyət göstərmək öhdəliyini daşıyır. 2024-cü ilin oktyabr ayında keçirilmiş sertifikasiya auditi nəticəsində şirkətin üç beynəlxalq standart üzrə sertifikat uyğunluğu təsdiq edilib.

İlk standart ISO 27001:2013 Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemi standartıdır. Bu standart şirkətin fəaliyyətinin, eləcə də təklif etdiyi şans oyunlarının təhlükəsizlik, etibarlılıq və davamlılığını təsdiq edir. Standartın tələblərinə uyğun olaraq şirkət öz dəyərlərini müəyyənləşdirir, məlumat təhlükəsizliyi siyasətini təsdiq edir və təhlükəsizlik sistemini quraraq tətbiq edir. Gələn ildən şirkət bu sertifikatın daha sonrakı versiyası üçün müraciət edəcək. 

Növbəti standart Dünya Lotereyalar Assosiasiyasının (WLA - World Lottery Association) Təhlükəsizlik Nəzarəti Standartıdır (SCS - The Security Control Standard). Bu standart sahənin ən yaxşı təcrübələrinin ümumiləşdirildiyi "qaydalar toplusu”dur və həm müxtəlif lotereya növlərinə, həm də idman mərc oyunlarına şamil edilir. Məsələn, hər bir lotereya biletinin unikal nömrəsinin olması, kriptoqrafik nəzarətlərin tətbiq edilməsi, tirajlı lotereyaların təşkilinin addım-addım yazılmış təlimatının olması, hər bir oyun iştirakçısının ancaq bir aktiv oyun hesabının ola bilməsi kimi tələblər bu standartdan irəli gəlir.
Şirkətin fəaliyyətinə təsir edən üçüncü standart Avropa Lotereyaları və Toto Assosiasiyasının (EL - The European State Lotteries and Toto Association) "Məsuliyyətli Oyun” standartıdır. Bu standart lotereya və idman mərc oyunlarının marketinqi və satışı zamanı tətbiq edilən məsuliyyətli oyun tələblərini müəyyən edir. 

"Azərlotereya” ASC Dünya Lotereyalar Assosiasiyası, həmçinin Avropa Lotereyalar və Toto Assosiasiyasının üzvüdür. Ətraflı olaraq "Azərlotereya”nın "Məsuliyyətli Oyun” siyasəti ilə tanış ola bilərsiniz.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol