• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici dezinformasiya səviyyəsi qiymətləndirilib

Xarici dezinformasiya səviyyəsi qiymətləndirilib
20.12.2024 10:30
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycanda xaricdən gələn dezinformasiyanın təsirini və dezinformasiyanın yayılması ilə bağlı milli zəiflikləri araşdıran Dezinformasiyaya Davamlılıq İndeksi üçün ölkə icmalı keçirib.

Bu araşdırmada milli media landşaftının institusional quruluşu, normativ bazası və xüsusiyyətləri təhlil edib. Nəticələr göstərdi ki, Azərbaycanda rus dili geniş yayılsa da, ölkədə kremlyönlü media ekosisteminin təsiri məhdud olaraq qalır və hökumətin xüsusilə İkinci Qarabağ Müharibəsi, Xankəndinin azad edilməsi və ondan sonra cəmiyyətdə iğtişaşlar yaratmaq məqsədi daşıyan dezinformasiya kampaniyaları zamanı çevik reaksiyası sayəsində geniş ictimaiyyət dezinformasiyanın yayılmasının təhlükələrindən getdikcə daha çox xəbərdar olur.

Belə ki, nəzərdən keçirilən dövrdə Azərbaycan hakimiyyəti və xalqı Ukraynadakı müharibədən daha çox Qarabağ müharibəsi ilə bağlı məlumatlara önəm verib. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra, xüsusən 18-35 yaşlı sakinlər arasında Rusiya media mənbələrinə ictimai inamsızlıq artıb.
 
Bununla belə, Azərbaycanda dezinformasiya ilə bağlı empirik tədqiqatların olmaması qərar qəbul edənlərin daha məqsədyönlü cavablar formalaşdırmasına mane olub. Milli jurnalist icmasının bir hissəsinin, xüsusən də müstəqil jurnalistlərin peşəkarlığının aşağı səviyyəsi dezinformasiyaya qarşı dayanıqlılığa mane olub. Son qanunvericilik və institusional dəyişikliklər bu problemi həll etməyə çalışır.
 
Azərbaycanın media ictimaiyyəti və bütövlükdə cəmiyyətin dezinformasiyanın təhlükələri haqqında daha çox məlumatlandırılması və vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasında əməkdaşlığın artırılması dezinformasiyaya daha effektiv cavab vermək üçün vacibdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol