• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edir

Azercell süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edir
20.12.2024 14:58
Yeni həll müştəri sorğularının 24/7 rejimində operativ şəkildə cavablandırır


Azərbaycanın lider mobil operatoru Azercell yerli telekommunikasiya bazarında daha bir yeniliyə imza atır.  Şirkət "Azercell” mobil tətbiqi daxilində süni zəka texnologiyası əsasında işləyən innovativ "AI Chat Bot” həllini istifadəyə verir. 
Bu gündən etibarən "AI Chat Bot” tətbiqin "chat” bölməsində müştərilərə operativ və fasiləsiz xidmət göstərir. Belə ki, abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll sorğuları 24/7 rejimində cavablandırır. Hazırda "AI Chat Bot”  yalnız Android platformasında mövcuddur, lakin tezliklə iOS istifadəçiləri üçün də əlçatan olacaq. Xidmətdən yararlanmaq üçün tətbiq yenilənməlidir.
Yeni xidmətin üstünlükləri:
• Müştəri sorğularını ani emal edir;
• Onlayn müştəri xidmətlərində gözləmə vaxtını əhəmiyyətli dərəcədə azaldır;
• Müştərilərə daha sürətli və effektiv həll yolu təqdim edir.


Həmçinin tətbiqin yeni versiyasında istifadəçilər xüsusi bölüm vasitəsilə tətbiqin funksionallığına dair təklif və istəklərini də rahatlıqla göndərə bilərlər.
Qeyd edək ki, Azercell ötən il Azərbaycan dilində tam spektr xidmət göstərən süni zəka əsaslı ilk virtual assistenti – "Aicell”i təqdim edib. Abunəçilərin bir çox sorğusunu özü icra edən "AiCell” ehtiyac olduqda zəngləri IVR və ya operatora yönləndirir.
Hər iki xidmətin ünsiyyət funksiyaları və xidmət imkanları daima genişləndirilir. 
Şirkət yeni xidmətləri ilə bağlantını asanlaşdırıb, həyatı daha dolğun etməyi hədəfləyir.
"Azercell” tətbiqini indi yükləyin və süni zəka texnologiyasının üstünlüklərindən faydalanın! 


Ətraflı məlumat üçün: https://www.azercell.com/az/



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol