Bulvarda dənizdə batan qadın xilas edilib - Video

Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin "112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş - 1961-ci il təvəllüdlü S.Ağayeva dalğıclar tərəfindən xilas edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























