Lənkəranda ikimərtəbəli ev yanıb

Lənkəranda ikimərtəbəli yaşayış evi yanıb.
"Report"un məlumatına görə, yanğın hadisəsi rayonun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb.
Səxavət Rzayevə məxsus ikimərtəbəli yaşayış evində baş verən yanğınla bağlı FHN Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.Dərhal hadisə yerinə iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib.
Ümumi sahəsi 360 kvadratmetr olan yaşayış evinin dam örtüyü və ikinci mərtəbədə bir otaq yanıb. Alovun qarşısı alınıb, binanın qalan sahəsi yanğından mühafizə olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























