• $
  • €
  • ₽
  • ₺
  • £

İcbari tibbi sığorta ilə 2000-ə yaxın burun çəpəri əməliyyatı icra olunub

İcbari tibbi sığorta ilə 2000-ə yaxın burun çəpəri əməliyyatı icra olunub
23.12.2024 11:02
Burun çəpər əyriliyi burun boşluğunu iki hissəyə ayıran qığırdaq və sümükdən ibarət çəpərin əyilməsi nəticəsində yaranan bir vəziyyətdir.
 
Bu hal burun tənəffüsünü çətinləşdirdiyi üçün yuxunun pozulmasına, baş ağrıları və ümumi həyat keyfiyyətinin azalmasına səbəb ola bilər.
2024-cü ilin yanvar-iyun ayları ərzində icbari tibbi sığorta hesabına 2000-ə yaxın burun çəpəri əməliyyatı icra olunub.

Burun çəpər əyriliyi irsən keçə və anadangəlmə ola bilər. Bundan başqa travmalar, burun polip və ya törəmələrinin təzyiq etməsi kimi səbəblərin təsirindən də yarana bilər. Çəpər əyriliyi olan xəstələrdə təkrarlanan burun tutulması, kəskin və xronik sinusitlər, xoruldama, burundan tez-tez qan axması, orta qulağın iltihabı, eşitmə və iybilmə funksiyalarının pisləşməsi kimi şikayətlər ola bilər. Burun çəpər əyriliyinin müalicəsi yalnız cərrahi yolla mümkündür. Lakin əyriliyin mövcudluğu faktı cərrahi müdaxiləyə göstəriş deyil. Çəpər əyriliyi burun tənəffüsünün çətinləşməsinə, diskomfort və yanaşı xəstəliklərə səbəb olduğu hallarda əməliyyat icra edilir.

Əməliyyatdan əvvəl diaqnozun dəqiqləşdirilməsi üçün burun rentgenoqrafiyası, tibbi göstərişə əsasən KT, MRT və laborator analizlər kimi bir sıra diaqnostik müayinələr aparılır. Bu müayinələr, eləcə də, əməliyyatın xərci icbari tibbi sığorta çərçivəsində qarşılanır.
Məlumat üçün bildirək ki, burun çəpər əyriliyi ilə bağlı əməliyyatlarda müasir tibbi texnologiya və beynəlxalq standartlara uyğun tibbi alətlərdən istifadə olunur.

İcbari tibbi sığorta ilə sözügedən əməliyyat tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində (özəl və müvafiq dövlət qurumlarının tabeliyindəki) icra olunur

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol