• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident bu idmançılara ev verdi - Video

Prezident bu idmançılara ev verdi - Video
24.12.2024 23:28
Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
 
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Tədbirdə idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi keçirilib.

Dövlət başçısı idmanın inkişafında xidmətlərinə görə Natiq Bağırova, Rauf Bunyatəliyevə, Cavanşir Qurbanova və Sadıq Sadıqova Prezidentin fəxri fərmanlarını təqdim edib.

İdmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Nəriman Abdullayev və Rövşən Umudov "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları ilə təltif olunublar.

İdmanın inkişafında xidmətlərinə görə Zərqələm Abbasovaya, İqrar Cəfərova, Fərhad Əliyevə, Musa Mamedova, Nəsimi Musayevə, Aydın Məmmədova, Rəşad Rəsulluya, Tahir Tahirova və Vüqar Verdiyevə "Tərəqqi” medalları təqdim edilib.

Dövlət başçısı 2024-cü ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə - Anna Skidan, Vüqar Əzimov, Aynur Rzayeva, Sərxan Əliyev, Hidayət Heydərov, Zelim Kotsoyev, Vladimir Şulikin, Əliabbas Rzazadə, Rövşən Hacıyev, Rəna Həsənova, Könül Mikayılova, Qaşım Maqomedov, Sabir Həsənov, Vadim Kutukov, Anar Süleymanov, Elgiz Əlizadə, Şahin Xudaverdiyev, Ceyhun Hüseynov, Anar Məmmədov, İmaməddin Xəlilov və Ərkan Sağdıç yeni mənzillərin orderlərini təqdim edib.

Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Faiq Qarayevə, Mirağa Qiyasova və Ramiz Tağıyevə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol