• $
  • €
  • ₽
  • ₺
  • £

"Nar”ın dəstəyi ilə uşaq hüquqlarına həsr olunmuş debat forum keçirildi

"Nar”ın dəstəyi ilə uşaq hüquqlarına həsr olunmuş debat forum keçirildi
28.12.2024 16:14
Regionlarda sosial məsuliyyət təşəbbüsləri ilə tanınan "Nar”ın "Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birgə həyata keçirdiyi Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş layihə sona çatıb. Mobil operator layihənin yekunu olaraq, "Rəqəmsal təhlükəsizlik və uşaq hüquqlarının qorunması” mövzusunda genişmiqyaslı debat forum keçirilməsinə dəstək olub. Layihənin məqsədi rəqəmsal dövrdə uşaqların hüquqlarının qorunması məsələlərinə diqqət çəkmək və valideynləri bu sahədə maarifləndirməkdir.

Forumda şəxsi məlumatların qorunması, internetdə təhlükəsiz olmağın metodları və digər mövcud problemlər mövzusunda mütəxəssislərin iştirakı ilə valideynlər, uşaqlar və rəhbər şəxslər arasında fikir mübadiləsi aparılıb. Panel müzakirələrdə valideynlər suallarını rəhbər şəxslərə ünvanlayaraq çətinlikləri və həll yollarını müzakirə edib, uşaqlar isə kiberbullinq, onlayn oyunların təhlükələri kimi mövzulara aid təqdim olunan keyslərə fikir bildiriblər. Bu cür interaktiv panel diskussiyalar üç tərəf arasında açıq ünsiyyəti qoruyaraq birgə həll yollarını stimullaşdırıb.
Debat forumda çıxış edən "Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: "Rəqəmsal dövrdə uşaqların hüquqlarının qorunması hər birimizin üzərinə düşən bir məsuliyyətdir. "Nar” olaraq, hədəfimiz uşaqların təhlükəsizliyini təmin etməklə yanaşı, valideynlərə və cəmiyyətə bu mühüm məsələlərdə dəstək olmaq və hər bir uşağın daha təhlükəsiz rəqəmsal gələcəyini təmin etməkdir”.

Sərfəliliklə yanaşı, sosial məsuliyyət prinsiplərini fəaliyyətinin ayrılmaz hissəsi hesab edən "Nar” bu layihəyə dəstək göstərərək uşaqların hüquqlarının qorunmasına, valideynlərin maarifləndirilməsinə və təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir. Mobil operator sosial layihələr çərçivəsində regionlarda maarifləndirmə fəaliyyətlərini davam etdirməyi və cəmiyyətin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməyi uzunmüddətli prioritet kimi görür.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol