Pirotexniki vasitələrin satışı ilə məşğul olan 11 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın Sabunçu, Nərimanov, Xətai, həmçinin Abşeron, Saatlı və Beyləqan rayonlarında keçirilən tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























