Sabirabadda ağır qəza olub, ölən və xəsarət alan var

Sabirabadda ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb.
"VAZ 2107” markalı avtomobilin maneəyə çırpılması nəticəsində Güdəcühür sakini 1987-ci il təvəllüdlü Rəhimov Rəşad Rafayıl oğlu hadisə yerində ölüb.
Qəza zamanı xəsarət alan Sabirabad rayonunun Güdəcühür kənd sakini, 2007-ci il təvəllüdlü Baxışlı Sahib Sədulla oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























