Keçmiş gizir rüşvət ittihamı ilə həbs edildi

Azərbaycan Silahlı Qüvvələrinin daha hərbi qulluqçusu rüşvət ittihamı ilə həbs edilib.Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib.Məlumata görə, Hərbi Dəniz Qüvvələrinin giziri Elxan Hacıyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinir. Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, E. Hacıyev Hərbi Dəniz Qüvvələrinin giziri olub.Onun korrupsiya əməlləri barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Həmin məlumatlardan sonra E. Hacıyev ordudan tərxis edilib.ANN.Az
























