Ermənilər azərbaycanlı məktəbliləri atəşə tutdu

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tərtər rayonu Qapanlı kəndi istiqamətində dinc sakinləri atəşə tutub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, səhər saatlarında Qapanlı orta məktəbinə gedən yolda şagirdlər ermənilərin açdığı atəşə məruz qalıblar. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Erməni ordusu məktəb yolunu təxminən 10 dəqiqə müddətində atəş altında saxlayıblar.Ötən gecədən başlayaraq erməni silahlı qüvvələri Tovuzun cəbhə xəttinə yaxın kəndləri atəşə tutub. Ermənilər təxminə 10 saata qədər Tovuzun Əlibəyli, Hacallı, Muncuqlu, Ağdam və Qaralar kəndlərini atəş altında saxlayıblar.Ermənilərin açdığı atəş nəticəsində Tovuzun Əlibəyli kənd sakini, 28 yaşlı Hüseynova Ruhəngiz Əhməd qızı ayaq nahiyəsindən yaralanıb. Ümumilikdə Əlibəyli kəndi təmas xətti boyunca yerləşdiyindən əhalinin həyətlərində sərbəst gəzmələri olduqca təhlükəlidir.Bundan başqa Ermənistan silahli qüvvələri son bir ayda cəbhədə fəalliq nümayiş etdirməkdədir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























