• $
  • €
  • ₽
  • ₺
  • £

Pentensiar Xidmətdə dəyişiklik

Pentensiar Xidmətdə dəyişiklik
24.01.2014 14:14
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin konvoy taborunun geyimi yenilənib. Movqe.az-ın məlumatına görə, məhkəməyə məhkumvə təqsirləndirilmiş şəxsləri gətirən konvoylar qara rəngli geyimlə təmin olunublar. Məlumatı Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov da təsdiqləyib. M. Sadıqov bildirib ki, konvoy taborunun geyim formaları Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Mədət Quliyevin təşəbbüsü və göstərişi ilə yenilənib: "İndi Penitensiar Xidmətinin konvoy taborunun geyimi qara rəngli xarici görünüşü ilə fərqlənən rahat və keyfiyyətli formalardır. Xidmətin konvoy taboruna bu geyimlər paylanılıb və hazırda onlar yeni formadadırlar".M. Sadıqov onu da bildirib ki, konvoy taborunun geyimi ilə yanaşı avtomobil parkı da yenilənib: "Yeni maşınlar Ford və Fiat markalı, təhlükəsizliyi ilə fərqlənən avtomobillərdir. Bu avtomobillər məhkumların və təqsirləndirilən şəxslərin təhlükəsiz və rahat  daşınmasına imkan yaradır. Yeni avtomobillərdə məhkumların rahatlığı da nəzərə alınıb. Həmin avtomobillərin ventelyasiya sistemi də var. Ümumiyyətlə platformanın yenilənməsi Ədliyyə naziri Fikrət Məmmədovun tapşırığı ilə həyata keçirilib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol