• $
  • €
  • ₽
  • ₺
  • £

"Qızıl Xaç"ın Azərbaycanda fəaliyyət dairəsi dəyişib

"Qızıl Xaç"ın Azərbaycanda fəaliyyət dairəsi dəyişib
24.01.2014 13:58
“Son illər Dağlıq Qarabağ münaqişəsinin təsirini görən insanların humanitar ehtiyacları dəyişib. Buna uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyət dairəsi dəyişib”. APA-nın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran söyləyib. D. Duran deyib ki, BQXK ilkin mərhələdə təxirəsalınmaz yardımlar göstərib: “Tərəflərə hərbi əsirlərlə, internə olunmuş mülki şəxslərlə bağlı əməkdaşlıq təklif edirdik. O zaman kənd təsərrüfatı, tibbi, mina təhlükəsizliyi proqramları var idi. Son illər həll olunmamış münaqişənin təsiri altında yaşayan insanlar var, onların vəziyyəti stabilləşib. Hökumət məcburi köçkün və qaçqınlar üçün daha yaxşı şərait təklif edir. Ona görə də Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyət dairəsi dəyişib. Hazırda münaqişə ərazisində və cəbhə xəttində mülki şəxslərlə və yaxınları itkin düşmüş şəxslərin ailələr ilə bağlı fəaliyyət göstəririk”. O bildirib ki, cəbhəyanı ərazidə yaşayan şəxslər münaqişənin təsirini hər gün hiss edirlər: “Onlar öldürülə və yaralana bilərlər. Bu zonadakı insanlarla mina təhlükəsizliyi ilə məşğul olurduq, indi bunu ANAMA həyata keçirir. Biz Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə mina partlayışı nəticəsində zərər çəkən insanlar və onların ailələri ilə işləyirik. Biz hərbçilərlə görüş zamanı beynəlxalq hüquqa riayətin zəruri olduğunu vurğulayırıq. Beynəlxalq hüququn hərbi doktrinalara inteqrə olunmasına çağırırıq. Fəaliyyətimizin bir hissəsi olaraq özünü müdafiə işləri həyata keçiririk. Məsələn, cəbhəyanı zonada yaşayan şəxslərə izah edirik ki, davranış formalarını dəyişməlidirlər. Xüsusən bu zonada yaşayan mülki kişilər hərbi paltarlar geyinir və hüquqi cəhətdən hərbi hədəfə çevrilirlər. Biz bunları onlara xatırladırıq və media da bu məsələdə bizə yardımçı olmalıdırlar. Çünki bizim dediklərimizə rəğmən onlar bu hərbi geyimlərdən imtina etmirlər”. Deniz Duran qeyd edib ki, cəbhəyanı ərazilərdə müdafiə divarı layihəsi də həyata keçirirlər: “Yerli icra orqanları və əhali ilə məsləhətləşmə aparaq ən təhlükəli ərazidə yerləşən ailələri müəyyənləşdiririk. Sonra da həmin ailələrin gündəlik təhlükəsiz yaşaması üçün çalışırıq. Tutaq ki, həmin ailənin yaşadığı evin pəncərəsinin, qapısının yerini dəyişirik, yaxud müdafiə üçün divar tikilir. 2013-cü ildə 22 ailə üçün belə layihə həyata keçirmişik. Digər tərəfdən, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə sıx əməkdaşlıq edirik. Cəbhəyanı ərazilərdə yaşayan insanlar üçün vacib məsələlərdən biri də ilkin yardımdır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin cəbhəyanı bölgələrdə yerləşən bölmələrinin fəaliyyətini artırmaq üçün onlara ilkin yardım treninqləri keçirilib. 60 insana ilkin yardım xidməti öyrədilib”. BQXK Azərbaycandakı nümayəndəliyinin rəhbəri cəbhəyanı ərazilərdə yaşayan insanların iqtisadi imkanlarının aşağı olduğunu da nəzərə çatdırıb: “Biz fəaliyyətimizi tərəflər arasında müvəqqəti razılaşma əsasında həyata keçiririk. Tərəflərə əvvəlcədən bildirilir ki, cəbhəyanı ərazilərdə BQXK fəaliyyət həyata keçirir. Bura müdafiə divarlarının çəkilməsi, su sisteminin bərpa olunması, biçin işlərinin həyata keçirilməsini aid etmək olar. Həlak olmuş şəxsin minalamış ərazidən meyitinin çıxarılması da mümkün olub. Digər tərəfdən, müxtəlif rayonlarda 10 icmadan 500 ailəyə 1000 manatdan çox qran verilib. Bu da əsasən mal-qara alınmasına sərf edilib”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol