• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda "Qrantların reyestrinin aparılması Qaydaları” təsdiqlənib

Azərbaycanda "Qrantların reyestrinin aparılması Qaydaları” təsdiqlənib
07.01.2025 16:57
Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.


Qərara əsasən, Qaydalar "Qrant haqqında” qanuna əsasən hazırlanıb və mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması ilə bağlı məsələləri tənzimləyir.


Reyestr "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Qrant haqqında”, "Fərdi məlumatlar haqqında”, "Elektron imza və elektron sənəd haqqında” qanunlar, ölkə Prezidentinin 17 aprel 2006-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”, 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”, ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” və digər normativ hüquqi aktlar əsasında fəaliyyət göstərir.


Reyestrin formalaşdırılması, aparılması, digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, arxivləşdirilməsi və digər bu Qaydalarla tənzimlənməyən məsələlər "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” ilə tənzimlənir.


Reyestrin formalaşdırılma məqsədi mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Nazirlər Kabinetinin adından aldıqları qrant layihələri barədə məlumatların bir mənbədə toplanılmasını və sistemliliyini təmin etmək, hesabatlar hazırlamaq, eləcə də həmin məlumatların digər dövlət orqanları (qurumları) ilə mübadiləsinin səmərəliliyini artırmaqdır.


Fərdi məlumatların Reyestrdə toplanılması və işlənilməsi "Fərdi məlumatlar haqqında” qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Reyestrdə toplanılmış fərdi məlumatların işlənilmə məqsədi iştirakçıların Reyestrə məlumatları daxil edən və ötürən əməkdaşlarının identifikasiyasının təmin edilməsidir.


Reyestr dövlət dilində aparılır.


Reyestrdən məlumat əldə etməyə görə xidmətlər ödənişsizdir.


Reyestrdə yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.


Reyestr "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda qeyd edilən prinsiplər nəzərə alınmaqla formalaşdırılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol