• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov işdən çıxardığı polkovniki geri qaytardı

Zakir Həsənov işdən çıxardığı polkovniki geri qaytardı
24.01.2014 12:03
Bir neçə gün əvvəl Müdafiə naziri Zakir Həsənov işdən azad edərək sərəncama göndərdiyi ədliyyə polkovniki Rauf Kişiyevi yenidən hüquq idarəsinin rəisi vəzifəsinə təsdiq edib. Bu barədə “Axar.az”a Müdafiə Nazirliyindəki mənbələrdən məlumat daxil olub.  Xəbərdə qeyd olunur ki, Rauf Kişiyev hazırda Nazirlikdə işini davam etdirir və indi də iş otağındadır .MN Hüquq idarəsinin rəisi R.Kişiyevlə bərabər, həmin idarənin işdən azad edilərək sərəncama göndərilən bir neçə əməkdaşı da yenidən öz yerlərinə qaytarılıb. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, digər idarələrin də bir neçə ay əvvəl işdən çıxarılan əməkdaşları yeni əmrlə vəzifələrinə bərpa olunublar.Xatırladaq ki, bir neçə gün əvvəl Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Rauf Kişiyevin vəzifədən azad edildiyi və onun yerinə ehtiyatda olan polkovnik leytenant, hüquq elmləri namizədi Aydın Əliyevin təyin edildiyi barədə məlumat yayılmışdı. Müdafiə Nazirliyi R.Kişiyevin işdən azad edildiyi barədə xəbərləri təkzib etsə də, nazirlikdəki mənbəmiz Hüquq idarəsi rəhbərinin və idarədəki bəzi əməkdaşların işə çıxmadığını bildirirdi. 23 yanvar tarixindən isə idarə əməkdaşları - müdir də daxil olmaqla - işlərinin başındadırlar.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol