• $
  • €
  • ₽
  • ₺
  • £

Dreamland”də yeni Artırılmış Reallıq oyunu istifadəyə verilib

Dreamland”də yeni Artırılmış Reallıq oyunu istifadəyə verilib
13.01.2025 15:35
Media nümayəndələri "Dream Trampoline”də yeni istifadəyə verilən "HADO” oyunu ilə tanış olublar.


Virtual və real dünyanı birləşdirən unikal bir texnologiya və idman növü olan bu oyun, 1980-ci illərdə Yaponiyada yaranıb.


"HADO”da oyunçular fiziki olaraq bir-birilə rəqabət aparsalar da, qarşıdurmalar tamamilə virtual şəraitdə baş verir.


Jurnalistlər oyunun xüsusiyyətləri ilə daha yaxından tanış olmaq üçün xüsusi sensorlu gözlüklər və qolbaqlarla təchiz olunaraq komandalara bölünərək, yarışıblar.


Bu texnologiya sayəsində onlar əllərindəki qolbaqlarla bir-birlərinə "enerji topları” ataraq, mübarizə aparıblar.


Lakin, bu toplar real deyil, virtual olaraq ekranda görünür və eyni zamanda hər bir oyunçu öz tərəfdaşlarını qorumaq üçün virtual qalxanlar yarada bilir.


Bu həyəcanlı qarşıdurmanı jurnalistlər maraqla qarşılayıb. Çünki oyunçular yalnız sürət və çevikliyini yox, həm də əqli bacarıqlarını burada nümayiş etdiriblər.


Oyun komanda şəklində oynanılır və maksimum 3 nəfər olur. Hər bir raund isə 80 saniyə davam edir.


Jurnalistlər oyunun həm əyləncə, həm də fiziki inkişaf üçün mükəmməl bir vasitə olduğunu vurğulayıblar. 


"HADO” texnologiyanın və idmanın müasir birləşməsinin nəticəsi olaraq, həm əyləncəli, həm də faydalı bir oyundur. 


Daha ətraflı məlumat üçün sosial media hesablarını izləyə bilərsiniz:


https://www.instagram.com/hadoazerbaijan/
https://www.facebook.com/profile.php?id=61560346447868

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol