• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə olaraq ən kiçik xəstəyə böyrək köçürüldü

Azərbaycanda ilk dəfə olaraq ən kiçik xəstəyə böyrək köçürüldü
23.01.2014 18:10
Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkimləri tərəfindən yeni bir uğurlu əməliyyata imza atılıb.MNX-nın cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi APA-ya açıqlamasında deyib ki, xroniki böyrək çatışmazlığından uzun müddətdir əziyyət çəkən Gəncə sakini 6 yaşlı (19 kiloqram) Cavid Axundova babasından böyrək transplantasiyası əməliyyatı uğurla icra olunub. Onun sözlərinə görə, Cavid Axundov respublikada böyrək köçürülən ən kiçik xəstədir: “Xəstəyə onlar üçün işgəncə olan dializ proqramına girmədən böyrək köçürülüb. Əməliyyatın xüsusiyyəti də ondan ibarət idi ki, köçürülən böyrək qarın boşluğuna yerləşdirilib. Xəstə 5-ci gün sağalma ilə evə yazılıb. Eyni zamanda, bu bizim dializə girmədən əməliyyat olunan 31-ci xəstəmizdir”. Nefroloq, tibb üzrə fəlsəfə doktoru Elnur Fərəcov bildirib ki, hazırda xəstənin nəticələri qənaətbəxşdir, böyrək funksiyaları normaldır. Cavid həmyaşıdları ilə oynaya və məktəbə də gedə bilər. Donor əməliyyatını icra edən cərrah-doktor Eldar Əhmədov donor əməliyyatının müasir laparoskopik, yəni bağlı üsulla icra edildiyini qeyd edərək donorun da sağalma ilə normal vəziyyətdə evə yazıldığını söyləyib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol