İtkin düşən balıqçıların axtarışlarına helikopter cəlb olundu- YENİLƏNDİ

Lənkəranda itkin düşən balıqçılar üçün axtarışlara helikopter cəlb edilib.
"Unikal"ın məlumatına görə, Lənkəran rayonunun Siyavar kəndi ərazisində itkin düşən balıqçılar 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışlarına helikopter cəlb olunub. Helikopter saat 16:20 radələrindən axtarışlara başlayıb.
Hazırda Xəzər dənizinin Lənkəran və Astara istiqamətində axtarışlar davam etdirilir.
***
Lənkəran şəhəri şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində 2 nəfər balıqçının 13 yanvar 2025-ci il tarixində itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında axtarışlar davam etdirilir.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























