• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sümüksüz ətin satışı qadağan edildi

Bakıda sümüksüz ətin satışı qadağan edildi
23.01.2014 16:34
Bakı Şəhər Baytarlıq İdarəsinin əmri ilə sümüksüz ətin satışı qadağan edilib.Bunu virtualaz.org-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.Mətbuat katibi bildirib ki, mağazalarda satılan ətin mənşəyinin müəyyənləşdirilməsi üçün sümüksüz ət satışının qarşısı alınır:“Mənşəyi məlum olmayan ətin satışı narahatçılıq doğurur. Buna görə də mağazalar, ət kəsimi məntəqələri, eləcə də bazarlarda sümüksüz ətin satılmasının qarşısı alınacaq”.Y.Xanvəli qeyd edib ki, əmrin icrası məqsədilə rayon icra hakimiyyətlərinə, baytar həkimlərinə, eləcə də ət kəsimi məntəqələrinə xəbərdarlıq edilib:“Yalnız alıcının gözü qarşısında ət sümükdən ayrılıb satıla bilər. Yəni alıcı sümüksüz ət almaq istəyərsə, satıcıdan ətin gözü qabağında sümükdən ayrılaraq verilməsini istəyə bilər”.Xüsusi icazəyə gəldikdə isə ət emalı ilə məşğul olan müəssisələr rəsmi müraciət edərək icazə almalıdılar. Y.Xanvəli qeyd edib ki, sümükdən ayrılan ət xüsusi qablaşdırmada ola bilər:“İcazə verilərkən ətin mənşəyi, istifadəyə yararlı olub-olmadığı yoxlanılacaq. Qablaşdırılmış ətin üzərində verilən icazə, əti emal edən müəssisənin adı, ünvanı, VÖEN-i, telefon nömrələri mütləq qeyd edilməlidir. Əks halda sümüksüz ətin satışının qarşısı alınacaq”.Əmrin tələblərinin yerinə yetirilməməsinə gəldikdə isə Y.Xanvəli deyib ki, həmin şəxs və ya sahibkar Mülki Məcəllənin tələblərinə uyğun olaraq cəzalandırılacaq.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol