• $
  • €
  • ₽
  • ₺
  • £

Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?

Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
16.01.2025 12:33
Yanvarın 29-da Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iki müxalifət partiyasından başqa digər müxalifət partiyaları seçkidə iştirakını təsdiqləyib. Bu barədə Anews.az-a partiyalardan bildirilib.
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi bildirib ki, partiya olaraq keçiriləcək bələdiyyə seçkilərini baykot ediblər və buna görə də seçkilərdə iştirak etməyəcəklər. 
 
Müsavat Partiyası bələdiyyə seçkilərində 21 namizədlə iştirak edəcək. 
 
Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bələdiyyə seçkilərində tam heyətlə iştirak edəcəyini təsdiq edib. 

"Partiyadan qeydiyyata alınanlar var. Biz həmişə seçkilərə ciddi əhəmiyyət vermişik. Bu il də bu ənənəni davam etdiririk. 20 nəfər namizədimiz qeydiyyata alınıb",- partiya sədri bildirib.
 
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da partiyası ilə bərabər seçkilərdə iştirak  edəcək. 
 
"Təqribən 15 nəfər namizədliyini irəli sürüb.  Neçə nəfərin təsdiq olunacağı hələ ki məlum deyil",- Fazil Mustafa deyib. 
 
Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyevin sədri olduğu partiyadan bildirilib ki, artıq namizədlər məsələsi yekunlaşıb. Partiyanın bir sıra bələdiyyədən qatılan şəxsləri qeydiyyata alınıb. Təbliğatlara başlanılıb. Rəsmi olaraq namizədlərin sayı bilinmir.
 
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn partiya olaraq seçkilərdən iştirak etməkdən imtina etdiyini açıqlayıb.
 
"Partiya seçkilərdə iştirak etməyəcək. Ancaq üzvlərimiz müstəqil şəkildə fəal olaraq səs də verəcək, iştirak da edəcək. Əlavə sənədləşmə, maliyyə məsələsi və s. vaxt alır. Ona görə də, seçkilərdə iştirak etməyəcəyik", - partiya rəhbəri vurğulayıb. 
 
Ağ Partiya da seçkilərə 15 nəfər namizədlə qatılacağını söyəyib. 
 
"Artıq təbliğatlar başlayıb. Həm partiya xəttindən, həm də öz təşəbbüsü ilə namizəd olanlar var. Sənədləşmə çox ağır prosedur olduğu üçün namizədlərin seçkilərdə iştirakı öz seçimləri əsasında olacaq. Mən özüm iştirak etməyəcəm",- o bildirib.
 
Respublikaçı Alternativ (REAL) Partiyasının sədr  Natiq Cəfərli vurğulayır ki, seçkidə iştirak üçün 14 nəfərin namizədliyi təsdiqlənib, 5  nəfərə isə imtina verilib.
 
Böyük Azərbaycan Partiyasının sədri Elşad  Musayev seçkilərdə iştirak edəcəyini təsdiq edib və bildirib ki, onların artıq 25 namizədi var. 
 
Beləliklə Azərbaycanda mövcud olan 25 siyasi partiyadan 23-ü yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində rəsmi olaraq iştirak edəcək. 
 
İndəyədək seçkilərdə 16 mindən çox şəxsin namizədliyi təsdiq edilib. Onların 8400 nəfəri partiyadan olan namizədlərdir. 
 
Seçkilərdə iştirak üçün namizədlik üçün müraciət yekunlaşıb. 
 
Bələdiyyə seçkilərinin keçiriləcəyi məntəqələrin sayı 5 min 846-ya çatıb. Seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 960 mindən çoxdur.
 
Bələdiyyə seçkilərini müşahidə etmək üçün 68 min 869 nəfər akkreditasiyadan keçib. 
 
Azərbaycanda 2024-cü ilin 18 oktyabrında  1 400 bələdiyyənin birləşdirilərək ümumi sayının 685-ə endirilməsi təsdiqlənib. Bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna Əlavə − "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul olunub.

"Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında qanunda dəyişiklik edilməsi barədə” qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.
 
Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2019-cu ilin dekabrında keçirilib. 

Aytac Zeynalova
Gülnar Nazimqızı 

 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol