İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri İnarə Vəliyeva vəzifəsindən azad olunub.
O, 2019-cu ildə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi” medalı ilə təltif olunub.
www.anews.az
Onun yerinə Fərid Osmanov təyin edilib.
O, indiyə qədər nazirin müşaviri olub, bundan əvvəl isə 2020-2024-cü illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru vəzifəsində çalışıb.
Fərid Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə, həm də Universitetin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib.
Daha sonra Böyük Britaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























